İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb.
“BUTA.TV” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qonşular İbadovanın Fərhad adlı bir şəxslə eyni evdə yaşadığını bildiriblər. Məhəllə sakinlərinin iddiasına görə, Fərhad adlı həmin şəxs əraziyə polis əməkdaşları gəlməmişdən bir qədər əvvəl evi tərk edib. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır.


- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır
- Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı