Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızı olması müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hazırda hadisənin bütün halları, eləcə də, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
- 14 yaşlı oğlan 4 gündür itkin düşüb
- Yasamalda mənzil almaq istəyənlər üçün hansı seçimlər var?
- Masazırda futbol azarkeşləri arasında insident... - DİN
- “Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
- 4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu