Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhət adına xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən şəxslər 42 yaşlı Seymur Əliyev, 40 yaşlı Elçin Cabbarov, 51 yaşlı Mehriban Orucova, 46 yaşlı Azər Allahverdiyev və 50 yaşlı Məlahət Allahverdiyevadır.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.
İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi güman edilir.
Faktla bağlı araşdırma başlanılıb.
- Pensiya alanların nəzərinə!
- Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
- Tarixdə ən isti avqust ayı olacaq
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz