Fəlakət düşündüyümüzdən də yaxındır - Dubinski

09:09 - 28 Avqust 2026 - GÜNDƏM

 Fəlakət düşündüyümüzdən də yaxındır - Dubinski

Ukraynanı iqtisadi fəlakət gözləyir.

BUTA.TV xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski Teleqram kanalında yazıb.

O, qeyd edib ki, Kiyev büdcədə nəzərdə tutulan 49 milyard dollardan yalnız 13 milyard dollar beynəlxalq maliyyə yardımı alıb və 2026-cı ilin qalan dörd ayında 36 milyard dolların alınması qeyri-realdır:

Dubinski vurğulayıb ki, Ukraynanın büdcə gəlirləri çökür, müttəfiqlərdən maliyyələşmə gəlmir və 2027-ci ildə İtaliya və Fransadakı siyasi dəyişikliklərdən sonra vəziyyət daha da təhlükəli olacaq:

"Yəni, iqtisadiyyat və müharibənin maliyyələşdirilməsi yarı çöküş vəziyyətindən çöküşə doğru gedir. Fəlakət düşündüyünüzdən daha yaxındır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol