Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
“BUTA.TV” xəbər verir ki, görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil edilib.
***
Məsud Pezeşkian dövlət başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladı, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğuladı, bütün bunlara görə bir daha minnətdarlığını bildirdi.
Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd etdi.
Məsud Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu dedi.
Dövlət başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.








- İran uğursuz dövlətdir, ölüb! - Tramp
- Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar
- Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - Fotolar
- Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
- 1650-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar+Video-Yenilənib
- Tramp hədələdi: İrana ağır zərbələr endirəcəyik!
- Avropanın seçkilərimizi tanıması önəmli deyil - Peskov