Marketdə saqqızdan boğulan qız belə xilas edildi - Video

00:42 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Marketdə saqqızdan boğulan qız belə xilas edildi - Video

Qazaxıstanın Almatı şəhərində marketdə boğulmaq təhlükəsi ilə üzləşən gənc qızı hərbçi xilas edib.

BUTA.TV xəbər verir ki, qız qəfil özünü pis hiss edib və nəfəs almaqda çətinlik çəkərək boğulmağa başlayıb.

Həmin vaxt marketdə olan mayor Həsən Sultan Sarsenbaqov vəziyyətə müdaxilə edib. Hərbi diviziyanın komandiri olan mayor qızın nəfəs borusuna yad cismin düşdüyünü müəyyənləşdirərək xüsusi ilk yardım texnikasından istifadə edib.

Onun müdaxiləsi nəticəsində qızın tənəffüsü bərpa olunub və nəfəs borusuna düşən qida parçası çıxarılıb.

Hadisə zamanı göstərilən operativ yardım qızın həyatını xilas edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol