Putin və Ərdoğan Bişkekdə görüşdülər

18:09 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Putin və Ərdoğan Bişkekdə görüşdülər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşüblər.

BUTA.TV xəbər verir ki, görüşdə V.Putin Rusiya-Türkiyə iqtisadi əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Rusiya lideri Türkiyənin həm xarici siyasətdə, həm də iqtisadiyyatda Rusiyanın imtiyazlı tərəfdaşlarından biri olduğunu bildirib.

Putin qeyd edib ki, Rusiya və Türkiyə, xüsusən də Akkuyu Atom Elektrik Stansiyası (AES) başda olmaqla, genişmiqyaslı birgə layihələr həyata keçirməyə davam edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol