Türkiyə Ukrayna böhranından əziyyət çəkən uşaqlara, qadınlara və yaralılara kömək etmək üçün Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasına ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə ombudsmanı Şərəf Malkoç deyib.
“Taxıl dəhlizi”ndən sonra bizim ailələrin, qadınların, uşaqların və yaralıların birləşməsi üçün dəhliz açmaq niyyətimiz var. Ümid edirəm ki, Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının Ankarada keçiriləcək müzakirələri böhrandan zərər çəkmiş mülki şəxslərin yenidən birləşməsi üçün həll yollarının tapılmasına kömək edəcək. Bu müharibə dünyada siyasi, sosial, iqtisadi baxımdan hər kəsə təsir edib. Hər gün bombalar partlayır. Biz ombudsmanlar olaraq bütün bəşəriyyəti tezliklə atəşkəs üçün səy göstərməyə çağırırıq”, - o bildirib.
Qeyd edək ki, ötən gün Türkiyədə Ukrayna və Rusiya ombudsmanlarının görüşü keçirilib.
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar
- Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- 700 balı Burlaxatun yığdı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video