Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) məlumatında bildirilib.
"Təbii ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində tərəfimizdən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir. Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilmiş və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilmişdir", - DYP-dən bildirilib.
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi