İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına zidd olaraq, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.
BUTA.TV xəbər verir ki, bu barədə İƏT Baş Katibliyi bəyanat yayıb.
Bəyanata görə, ekoloji standartlara lazımi diqqət yetirilmədən faydalı qazıntı yataqlarının işlənilməsi beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulması olmaqla yanaşı, həm də ciddi və haqlı narahatlıq doğurur.
"Baş Katiblik bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bununla bağlı səylərini yüksək qiymətləndirir”, - bəyanatda deyilib.
Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində İslamabadda (Pakistan) keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma və suverenliyə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına çağırır.
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları
- Putindən ABŞ-a 12 trilyon dollarlıq gizli təklif - Heyrətamiz
- Sumqayıtda ağır qəza: yaralılar var...
- Bakının bu yollarında sıxlıq var - Siyahı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video