Ukraynaya göndəriləcək modernləşdirilmiş T-72 tankı və yaxud “Leopard” tezliklə dəmir yığınına çevriləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“İmperiya ambisiyalarından və onları darmadağın edən tarixin yaratdığı xəyal ağrılarından əziyyət çəkən Varşava, Vilnüs və Kiyevdən olan üç bədbəxt insan Lvova toplaşdı. Aydın oldu ki, onlar tanklar üçün dua edirlər. Hər halda, bütün bu dəmirlər tezliklə metal yığınına çevriləcək”, - Medvedyev qeyd edib.
Onun fikrincə, bu silahlar parçalanmaqda olan süni ölkəni xilas etməyəcək.
Medvedyev iddia edib ki, onlar yenidən Lemberq adını daşıyacaq Lvovda Ukraynanın qərb vilayətlərini yeni (keçmiş) sahiblərinə layiqincə birləşdirmək üçün görüşüblər.
Qeyd edək ki, Ukraynanın Lvov şəhərində bu gün Prezident Vladimir Zelenski, polşalı həmkarı Andjey Duda və litvalı həmkarı Gitanas Nauseda arasında görüş olub.
Palşa lideri Duda Lvovda Varşavanın Kiyevə “Leopard” tankları göndərmək barədə qərar verdiyini açıqlayıb.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?