Avstriyanın aparıcı qəzetləri sırasında yer alan “Zalsburq xəbərləri" (Salzburger Nachrichten) qəzetində “Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq” sərlövhəli məqalə dərc olunub.
BUTA.TV xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibəyə geniş diqqət ayrılıb. Qeyd edilib ki, dövlət başçısı Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha vurğulayıb. 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya nəql edəcək. İndiyədək bu göstərici illik 8,1 milyard kubmetrə bərabər idi.
Məqalədə Avropaya qaz nəqlinə dair siyasi razılaşmalara da toxunulub. Qeyd edilib ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında qaz nəqlinə dair Anlaşma Memorandumu imzalanıb. Bununla da Avropanın Rusiya qazından asılılığının azalması üçün yeni imkanlar açılıb. 2027-ci ildən etibarən isə qaz nəqlinin həcmi daha da artaraq illik azı 20 milyard kubmetrə çatmalıdır.
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz