İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev məlumat verib.
Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin təhsil müəssisəsi istismara verilməsə də, açılışa hazırdır.
F.Əliyev hazırda Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur.
Rəis müavini deyib ki, bundan əlavə, Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır:
"Bir də Laçında 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur".
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər