Özbəkistan Kommunist Partiyasının keçmiş rəhbəri, SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri Rafiq Nişanov 96 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Qeyd edilir ki, 1989-cu ildən Moskvada yaşayan Nişanov xaricdə dünyasını dəyişib. İndi onun harada dəfn olunacağına ailəsi qərar verəcək.
Xatırladaq ki, Nişanov 1926-cı il yanvarın 15-də anadan olub. Tarix elmləri namizədi olub. 1951-ci ildən Özbəkistan SSR-də partiya işində çalışıb. 1970-ci ildə SSRİ-nin Şri-Lankada və eyni zamanda Maldiv Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətə keçib, 1978-ci ildən isə SSRİ-nin İordaniyadakı səfiri işləyib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
1986-cı il dekabrın 9-dan 1988-ci il aprelin 9-dək Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda 1987-ci il iyunun 29-dan 1988-ci il mayın 24-dək SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olub. 1988-ci ilin yanvarında Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edib, 1988-ci il may ayının sonundan 1989-cu il mayın 25-dək SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 1989-cu ilin iyununda Nişanov SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri təyin edilib. 1991-ci ilin sentyabrında SSRİ Prezidentinin müşaviri vəzifəsini tutub.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...