Paşinyan Qərb tərəfdaşlarına dəstək verən bəyanatları və hərəkətləri ilə regionda hərbi münaqişəyə səbəb ola bilər. Amma başa düşmür ki, bu müharibədə də mütləq uduzacaq.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
O bildirib ki, İrəvanın Rusiya-Ermənistan münasibətlərinə, eləcə də Cənubi Qafqazda sülhə mənfi təsir göstərən bu cür siyasəti fonunda Moskva ilə Bakı daha da yaxınlaşacaq:
“Nizamlanma ilə bağlı bütün ssenarilər Üçtərəfli Bəyanatda göstərilib. Yeni heç nə icad etmək lazım deyil, sadəcə onları həyata keçirmək kifayətdir. Ermənistan tərəfi Üçtərəfli Bəyanatı həyata keçirmək və bu məsələ ilə bağlı hər hansı danışıqlar aparmaq istəmədiyini açıq şəkildə göstərir. Sonda hər şey Bakının Rusiyanın razılığı ilə Qarabağın qalan hissəsini hərbi yolla qaytarması ilə bitəcək. Əgər Paşinyan artıq rus sülhməramlıların Qarabağdan çıxarılmasına meyil edirsə, o zaman bu, Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının 2025-ci ildə başa çatmasına qədər də baş verə bilər. Ermənistan bütün imzalanmış sazişləri sabotaj etməkdə davam edərsə, o zaman Azərbaycan da bu sazişlərdən çıxa bilər ki, bu da münaqişənin yenidən başlanması deməkdir”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Fenenko Prezident İlham Əliyevin mətbuat konfransındakı açıqlamalarına da toxunub:
“Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında açıqladığı kimi, Üçtərəfli Bəyanatın imzalanmasından sonra rəsmi Bakının həyata keçirdiyi bir çox hərbi əməliyyatlar, ümumilikdə, Rusiya tərəfindən təmkinlə qarşılanıb. Kreml qəti şəkildə buna qarşı deyildi. Ona görə ki, İrəvan əsas təxribatçıdır, üçtərəfli sənədin imzalanmasından sonra hərbi münaqişənin yeni mərhələlərinin yaranmasına da təhrikçi məhz odur.
Azərbaycan bu gün güclü mövqedən oynayır. Əliyevin müsahibəsi bunu bir daha göstərdi. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi onun siyasi kapitalına çevrilib və bundan öz milli maraqlarını reallaşdırmaq, regionda mövqelərini möhkəmləndirmək baxımından istifadə etməyə çalışır”.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...