İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağlı xəbərdarlıq etdi, ancaq belə bir bəyanatı Qərb səsləndirməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, əksinə, İran Qafanda baş konsulluq açdıqdan sonra ABŞ Tehranın regionda vəziyyəti gərginləşdirməsinə imkan verməyəcəyini açıqlayıb.
Xaçikyan bildirib ki, İran heç vaxt hərbi müdaxilə etməyəcək, çünki ABŞ, Britaniya və İsrail dərhal Türkiyə və Azərbaycan birliyini müdafiə edəcək:
“Bakının xeyrinə dəqiq və aydın dəstək səsləndirildi, ancaq Ermənistanın ünvanına belə dəstək eşidilmədi”
Xaçikyan xatırladıb ki, Qərb iki il öncə (44 günlük müharibə nəzərdə tutulur – red.) heç nə etmədi, heç bir təzyiq göstərmədi, nəsə baş verərsə, yenə heç nə etməyəcək.
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar
- Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı