Yanvarın 15-də axşam saatlarında Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.
BUTA.TV xəbər verir ki, bu haqda Publika.az saytına həmin reysin sərnişinləri məlumat veriblər.
"İstanbul - Bakı" Buta hava yollarının uçuşunda az əvvəl təyyarəyə mindik. "Boarding completed" olduqdan sonra işıqlar söndü və bilinməyən bir səbəbdən sərnişinlər təyyarədən endirildi. Minik kartları geri verildi. Texniki nasazlıq deyilir", - sözügedən reysin sərnişini, İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas deyib.
Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.
Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər.
Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə “Buta Airways”ə məxsus olub.
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar