Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Almaniyadan Azərbaycana deport olunmuş və Bakıda narkotik alverində təqsirləndirilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Mirzəyev 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, C.Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və ötən il yanvarın 27-də həbs olunub. DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...