Ombudsmanın əməkdaşları Tofiq Yaqublu ilə görüşüb.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
Məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı saxlanma şəraiti və rəftar məsələləri monitorinq edilib.
Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində, 16.01.2023-cü il tarixdə isə yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqublu orada fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.
Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.
Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib.
Qeyd olunmalıdır ki, T.Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.
T.Yaqublu onun vəziyyətini və hüquqlarını diqqətdə saxladığına görə ölkə Ombudsmanına təşəkkür edib.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?