Rusiyada 200-ə yaxın əsgər Ukraynaya gedən qatarda üsyan qaldırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayılıb.
“Hadisə yanvarın 13-də baş verib. Lipetsk vilayətinin Ulusarka stansiyasında dörd vaqondan ibarət qatar saxlanılıb. Əsgərlər bildiriblər ki, yolda az qala donublar, qatar heç bir şəkildə qızdırılmayıb. Bu səbəbdən hərbçilər qatarda getməkdən imtina ediblər. Qatarda qazanı işə salmaq üçün dörd ton kömür, həmçinin su tələb olunub. Əsgərləri sakitləşdirmək üçün hadisə yerinə polis çağırılıb”, - məlumatda deyilib.
- Bakıda 21 yaşlı oğlan dənizdə batdı
- Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
- Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı
- Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
- Bakının mərkəzində maşın yandı - Video
- Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video