İran dağılacaq, biz isə buna hazır deyilik - Əsgəri

11:08 - 17 Yanvar 2023 - GÜNDƏM

 İran dağılacaq, biz isə buna hazır deyilik - Əsgəri

Artıq İrandakı rejimə qarşı etirazlar dörd aydır ki, davam edir. Lakin etirazların səbəbini son dörd ayda görməyimiz bizi yanlış istiqamətə aparır. Bizim üçün əsas mövzu hadisələrdən sonra İranın və Cənubi Azərbaycanın vəziyyəti və gələcəyidir.

BUTA.TV xəbər verir ki, bu sözləri İran üzrə ekspert Kərim Əsgəri qeyd edib.

Ekspert Cənubi Azərbaycan milli hərəkatının uğurla nəticələnməsi üçün vahid mövqedə birləşməyin əhəmiyyətindən bəhs edib:

“Bir çoxumuz İranın gec-tez dağılacağını düşünürük. Ancaq belə olan halda onun yerinə kim gələcək və Cənubi Azərbaycanın gələcəyi necə olacaq sualına cavab tapmalıyıq. Yəni önümüzü aydın görməyə çalışmalıyıq. Təəssüflə qeyd etmək istəyirəm ki, milli hərəkatın hazırki daxili və xarici vəziyyətinə nəzər yetirdiyimiz zaman digər rəqiblərimizə görə daha çətin durumla qarşılaşdığımızı deyə bilərik. Uzun illərdir ki, milli hərəkat oyunqurucu olmayıb və hər zaman hadisələrə reaksiyalar şəklində mövqe sərgiləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Fikrimcə, ən önəmli problemlərimizdən bir neçəsi bunlardır: Birincisi, ciddi siyasi partiya və təşkilatlarımız yoxdur; ikincisi, sosial media başda olmaqla, media işinin zəif təşkilidir; üçüncüsü, Türkiyə və Azərbaycan dövlətlərimizin varlığı bəzən bizdə lazımından çox özünə arxayınlıq yaradır. Bu da son nəticədə məsuliyyətsizlik və laqeydliyə səbəb olur. Sonuncusu isə odur ki, bəzən daxildə toqquşmalar yaşayırıq və mübahisələr düşmənçiliyə çatacaq həddədək uzanır. İndiki məqamda baş verən neqativ hallar Türkiyə və Azərbaycanın da Cənub məsələsinə dəstək məsələsində çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Düşünürəm ki, sadaladığımız problemlərin həllində ilk addım kimi bir-birindən küsən, inciyən şəxslər keçmişdə olanları kənara qoymalı, eyni amal və hədəf uğrunda birləşməyi bacarmalıdır. Çünki Cənubi Azərbaycan və soydaşlarımızın gələcək taleyi belə məsələlərdən daha önəmlidir və xırda məsələlərə qurban verilməməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol