Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında Vikipediyanın özbək dili bölməsində məqalə yaradıblar.
Bu barədə Kult.az-a Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən yaradılmış məqalədə şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.
Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairın həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. məlumatlar verilib.
Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs olundu - Yenilənib+Video
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə “Məclisi-fəramuşan” poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.
- Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Mərakeş möhtəşəm geridönüşlə 1/16-də - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır