Xəbər verdiyimiz kimi, Azərbaycanda Səfəvilər dövrünə aid ən gözəl memarlıq nümunələrindən biri olan Novxanı kəndindəki Şah Sultan Hüseyn məscidi yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən abidənin yaxın zamanda bərpa olunması planlaşdırılır:
“Novxanı kəndində yerləşən Şah Sultan Hüseyn (XVII əsr) məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Uzun illərdən bəri məsciddə bərpa-təmir işləri aparılmadığından hazırda məscid qəzalı vəziyyətə düşüb. Tarixi məscid bərpa olunması məqsədi ilə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. Eyni zamanda “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.
Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs olundu - Yenilənib+Video
Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. Şah Sultan Hüseyn məscidinin də bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir. Bunun üçün lazımi sənədlər hazırlanır”.
- Bakıda 21 yaşlı oğlan dənizdə batdı
- Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
- Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı
- Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
- Bakının mərkəzində maşın yandı - Video
- Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video