Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.
BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
BP Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib.
Bernard Luni əminliklə bildirib ki, Azərbaycanda əldə olunan nailiyyətlər böyük inkişaf proseslərinin başlanğıcıdır.
- Təmir bitdi, “cəhənnəm tıxacı” aradan qalxdı
- Oğurladığı kartdakı pulları mağazada xərclədi, saxlanıldı - VİDEO
- Baş nazir qərar imzaladı
- İndiyədək amnistiya aktı nə qədər insana şamil olunub?
- Yararsız döyüş sursatları məhv ediləcək
- Bakıda şagirdin güllələdiyi müəllimin son durumu...
- Ötən gün qəzada ölən hərbçinin - Fotosu
- Qubada kütləvi zəhərlənmə: AQTA-dan reaksiya