Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə parlamentində sualları cavablandırarkən rəsmi İrəvanın bir aydır Bakıdan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözləməsinə, Azərbaycan tərəfinin guya danışıqları dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur:
"Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik. Məlumdur ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən ilin 2 oktyabr tarixində Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün Moskvada 23 dekabr 2022-ci il tarixində keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, təəssüf ki, bununla danışıqlar prosesini pozub".
"Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır. Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir", - sözçü qeyd edib.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Təmir bitdi, “cəhənnəm tıxacı” aradan qalxdı
- Oğurladığı kartdakı pulları mağazada xərclədi, saxlanıldı - VİDEO
- Baş nazir qərar imzaladı
- İndiyədək amnistiya aktı nə qədər insana şamil olunub?
- Yararsız döyüş sursatları məhv ediləcək
- Bakıda şagirdin güllələdiyi müəllimin son durumu...
- Ötən gün qəzada ölən hərbçinin - Fotosu
- Qubada kütləvi zəhərlənmə: AQTA-dan reaksiya