Arestoviç getdi, nazir öldü: Gerasimov nələr edir?

22:48 - 18 Yanvar 2023 - GÜNDƏM

 Arestoviç getdi, nazir öldü: Gerasimov nələr edir?

Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həlak olduğu helikopter qəzasının səbəbləri araşdırılır, lakin təxribat olması versiyası da istisna edilmir. Bu hadisənin Qərb mediası tərəfindən Rusiyada “hibrid müharibəsinin banisi” adlandırılan Gerasimovun Ukraynadakı hərbi qüvvələrə baş komandan təyin olunmasından sonra baş verməsi diqqət çəkir.

Gerasimovun əməliyyatlara paralel olaraq, təxribat ssenarilərindən istifadə edəcəyi gözləniləndir. Bu kontekstdə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərliyinin olduğu helikopterin qəzaya uğraması suallar yaradır. Eyni zamanda, bir neçə gün öncə Aleksey Arestoviçin Dneprdəki hücumda Ukrayna hava hücumundan müdafiə qüvvələrini günahlandırması, ardınca “səhv etdiyini” deyərək, istefa verməsini yada salır. Bəllidir ki, Arestoviçin ittihamı “texniki səhv” deyildi. Onun istefadan sonra dediyi iki ifadəsi diqqət çəkdi:

- “Ötən dəfə gedəndən ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq”;

- “Nə qədər ki, müharibə gedir, tam dəstək verəcəm. Müharibədən sonra baxacağıq”.

Bu sözlərdən Ukrayna daxilində döyüş əməliyyatları ilə bağlı müəyyən fikir ayrılığının olduğu nəticəsi çıxır, hərçənd, müharibənin getdiyi vaxt bu, o qədər də anormal hal deyil. Hərçənd,

- “Hibrid müharibəsinin banisi” Gerasimov komandan təyin olunur,

- Arestoviç Ukraynanı ittiham etdikdən sonra istefa verir və “bu dəfə gedəndən sonra nə olacaq” kimi müəmmalı fikirlər səsləndirir,

- Nazirin də olduğu helikopter qəzaya uğrayır.

Və bu məqamlar fonunda suallar yaranır: qəza rusların sui-qəsdi ola bilərmi və belədirsə, Ukrayna ordusunda Rusiyaya bağlı şəbəkənin ola bilməsi ehtimalı nə qədər mümkündür?!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol