Yanvarın 21-də, saat 10:00-dan Bakının Nəsimi rayonunuda - Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bu hissələrdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin saxlanılması və təmirində yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün tikilməsi işlərinə başlanılacaq. Tikinti müddətində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!