Ermənistan Baş Prokurorluğu Göyçə mahalının Azad kəndindəki hərbi hissədə baş verən yanğının təfərrüatını təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.
Yanğınla mübarizə 5 saat davam edib.
Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- FHN Aqşin Fatehin restoranını bağladı - Foto
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib