Ermənistan hakimiyyəti Laçın yolu məsələsində “dəvəquşu siyasəti” aparır.
BUTA.TV xəbər verir ki, bunu erməni deputatı Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan deyib.
“Hakimiyyətin yanaşması məni çaşdırır. Məsələn, onların danışıqlar prosesi ilə bağlı mövqeyini başa düşmürəm. Başa düşə bilmirəm və heç kim də mənə izah edə bilmir ki, Moskvada üçtərəfli görüşü boykot etməyin məntiqi nə idi? Əgər hakimiyyət orqanlarının fikrincə, Laçın yolundakı vəziyyətin həllinə Rusiya və Azərbaycan cavabdehdirsə, onda görüşdən və bu məsələni müzakirə etməkdən imtina etmək nəyə lazım idi?” - o bildirib.
Mamicanyan qeyd edib ki, Ermənistan hakimiyyətinin mövqeyi ona başını quma soxaraq, təhlükəsiz olduğunu düşünən dəvəquşunu xatırladır:
“Hökumət orqanları da belədir. Onlar öz mövqelərini və kabinetlərini qorumağa çalışırlar, qalan hər şeyi müdafiəsiz qoyurlar. Qalan hər şey isə erməni xalqıdır”.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- FHN Aqşin Fatehin restoranını bağladı - Foto
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib