Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
- Prezident şəhid pilotu ordenlə təltif etdi
- Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
- General rütbəsi verilən zabitlər kimdir? - Foto
- Ölümündən sonra təltif edilən polkovniklər...
- Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var
- Azercell “Əsgərcell”i istifadəyə verir
- Prezident bu hərbçiləri təltif etdi
- Bu hərbi qulluqçulara "general-mayor" ali hərbi rütbəsi verildi