"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.
BUTA.TV-ın məlumatına görə, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.
Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.
- Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
- Bakı Dəniz Vağzalında tədbir keçirildi
- Leyla Əliyeva arxiyepiskopla görüşdü
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı