Vətəndaşların birja əməliyyatları üzrə hesablarının ələ keçirilməsini hədəf alan kiberdələduzlar bu dəfə Azərenerji ASC-nin adından istifadə etməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb
Məlumata görə, dələduzlar “Azərenerji”nin adından saxta keçid - “aboovebanker.online” yaradıb:
"Göstərilən saxta səhifəyə keçid etdikdə “Test” hissəni və “Start earning” düyməsini görə bilərik. Əgər testə davam edilərsə 4 sualdan ibarət forma yönləndirilirsiz. Suallar ümumi məqsəd daşıyır və “necə pul qazanmaq” istəyi haqda istifadəçinin fikirlərini öyrənir. 4 suallıq test tamamlandıqdan sonra ekranda “Congrulations Azerenerji gives you free access to platforms” yazısı əks olunur. Bu yazı əslində adware (yalançı reklam) məqsədi daşıyır və “phishing” üçün istifadə edilir. Burada qeydiyyat hissəsi doldurularsa istifadəçi “trading.oxygen-trade.company” səhifəsinə yönləndirilir. Bu səhifə isə saxta birja əməliyyatları üçün istifadə edilən və istifadəçilərinin kart məlumatlarını ələ keçirməyi hədəfləyən “phishing” saytıdır. Belə təhdidlərə və dələduzluq fəaliyyətinə qarşı birgə mübarizə üçün hər kəsə qarşılaşdığı bənzər kiberinsidentlər barədə məlumatları bizimlə bölüşməsini tövsiyə edirik".
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir