Gürcüstanda transmilli cinayətkar dəstə ifşa olunub. Transmilli cinayətkar dəstənin üzvləri Gürcüstanda 100 milyon dollardan çox vəsaiti leqallaşdırmağa cəhd göstəriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb.
Bir neçə ölkədə eyni vaxtda aparılan araşdırma zamanı məlum olub ki, onlarda olan pul saxtakarlıq, kiber fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması nəticəsində xaricdən alınıb.
Faktla bağlı Gürcüstanda 3 nəfər və 13 şirkətə qarşı cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər pulların mənşəyini gizlətmək üçün Gürcüstana pul köçürüb və firmalar arasında bir sıra bank əməliyyatları aparıb, sonra isə onu daşınmaz əmlaka yatırıblar.
Məhkəmə onların təxminən 70 milyon dollar, 1,760 milyon avro və əmlakına, o cümlədən Kobuletidə 11 milyon lariyə alınmış 21 min kvadratmetr sahəyə malik torpaq sahəsinə həbs qoyub.
Təqsirləndirilən şəxsləri, xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması maddəsi ilə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.
Onlarla əlbir olan hüquqi şəxslər külli miqdarda cərimə olunub və fəaliyyət hüququndan məhrum edilirlər.
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək
- Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
- Bakı Dəniz Vağzalında tədbir keçirildi