"Azercell"in bu mərkəzi ötən il 3 milyondan çox sorğu qəbul edib

10:30 - 1 Fevral 2023 - GÜNDƏM

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədilə yoluna davam edən Azercell Telekom MMC daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla istifadəçilərinin xidmətindədir. 2022-ci ildə "Azercell"in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng daxil olub. Müraciətlərin ortalama cavablama müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

BUTA.TV xəbər verir ki, 2022-ci ildə Onlayn Müştəri Xidmətləri üzərindən şirkətə daxil olan sorğu sayı 1 milyondan artıq olub. Xatırladaq ki, Onlayn müştəri xidməti ölkədə ilk dəfə olaraq 2011-ci ildə məhz "Azercell" tərəfindən istifadəyə verilib.

Həmçinin, ötən il ərzində "Azercell"in rəsmi Feysbuk, İnstaqram, Tvitter, Yutub və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb.

Qeyd edək ki, abunəçi sorğularının cavablandırılması istiqamətində Azercell Telekom MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. "Azercell"in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Həftənin 7 günü, 24 saat ərzində istənilən vaxt abunəçilərin sorğularını qəbul edən "Azercell"in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol