Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.
Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən şəhid edilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib.
Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Qeyd edək ki, Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir.
- Kral öldü, yaşasın yeni kral: Norveç hökuməti təcili iclas keçirir
- Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - Foto
- Şara Məzlum Abdini özünə müşavir təyin etdi
- Jalə Əhmədova da tələbə oldu
- Tramp onu Moskvaya gizlicə göndərib – Səfərin detalları
- 1647-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı
- Tramp Meksikaya təzyiq göstərir – Səbəb