Qərb tanklarının Ukraynaya tədarükü müharibədə yeni eskalasiyaya səbəb olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Bild”ə açıqlamasında deyib.
“Bu müharibəyə heç nə haqq qazandıra bilməz. Rusiya Ukraynaya qarşı amansız müharibə aparır. Almaniya müttəfiqləri ilə birlikdə Ukraynaya tanklar verir ki, özünü müdafiə edə bilsin. Hər bir silah tədarükü ilə bağlı qərarı diqqətlə ölçüb-biçdik, onu müttəfiqlərlə, ilk növbədə ABŞ-la razılaşdırdıq. Bu birgə yanaşma müharibənin genişlənməsinə qarşı qorunmadır”, - Şolts bildirib.
- Tramp Meksikaya təzyiq göstərir – Səbəb
- Ermənistan hesabımıza inkişaf edib, indi isə... - Lavrov
- Norveç kralı öldü
- Bakıda 42 yaşlı vəzifəli şəxs vəfat etdi - Foto
- Leyla Əbülhəsəni İranda edama məhkum edildi
- Tokayev hökuməti istefaya göndərdi
- Bakıda “klyokların rəqsi” - Video
- Nigar Fərhadın ərini DTX həbs edibmiş