İran mövzusunun geosiyasi aktuallıq qazanması Laçın yolundakı aksiyanı beynəlxalq gündəmdə arxa plana keçirib: bu, bizim maraqlarımıza uyğundur:
1. Beynəlxalq ictimaiyyətin diqqətinin azalması Bakıya qarşı təzyiq dalğasını da səngidir;
2. Vaxtın uzanması ermənilərə Bakının diktəsi ilə razılaşmaqdan başqa çıxış yolunun olmadığını anlamağa kömək edəcək: kənardan dəstəyin azalması bu məsələdə həlledici amildir.
Mövcud vəziyyətdən sülhməramlılar da yetərincə yararlanır. Erməni mənbələrin məlumatlarından belə nəticə çıxır ki, Volkovun dəstəsi daşınan yüklərə görə Ermənistandakı ermənilərdən pul alır, o cümlədən. Qarabağdakı mağazalara malları müəyyən ödənişlər qarşılığında verir.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Volkovun dəstəsinin alveri də ermənilərə Bakıdan başqa gedəcək qapılarının olmadığını anlamağa kömək edə biləcək məqamlardandır. Çünki ermənilər yeganə “təminatçı” kimi gördükləri sülhməramlıların istənilən neqativ davranışından ruh düşkünlüyü yaşayır.
- Tramp Meksikaya təzyiq göstərir – Səbəb
- Ermənistan hesabımıza inkişaf edib, indi isə... - Lavrov
- Norveç kralı öldü
- Bakıda 42 yaşlı vəzifəli şəxs vəfat etdi - Foto
- Leyla Əbülhəsəni İranda edama məhkum edildi
- Tokayev hökuməti istefaya göndərdi
- Bakıda “klyokların rəqsi” - Video
- Nigar Fərhadın ərini DTX həbs edibmiş