Azərbaycanda media subyektlərinin bir sıra xidmətləri vergidən azad edilir.
BUTA.TV xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
Dəyişikliklər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır
- Şoyqu Cənubi Qafqazdan danışdı
- Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...
- “Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan