Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru Haluk Özener deyib.
“Türkiyə vaxtı ilə saat 04:17-də zəlzələ baş verdi. Hesablamalarımıza görə, episentri Qaziantepdə Şəhid Kamil və Qəhrəmanmaraşda Türkoğlu rayonlarıdır. Zəlzələ Qəhrəmanmaraş əyalət sərhədinə yaxın olduğundan, yerlərdə fərqli görünür, lakin hər iki qurumun tapdığı ölçü və yer bir-birinə çox yaxındır. Zəlzələ 7,4 bal gücündədir. Fərqli ölçü vahidindən hesabladığımız zaman 7,7 ballıq görürük. Bu zəlzələ Şərqi Anadolu kənarında baş verib, 8-10 əyalətdə ciddi şəkildə hiss olunub.
Yeraltı təkanların uzun müddət davam edəcəyi gözlənilir. Biz 6-dan çox afterşok yaşaya bilərik. Xüsusilə xəbərdarlıqlara diqqət yetirməyi xahiş edirik. Zədələnmiş binalara girilməməsini istəyirik. Bu binalar zəlzələ zamanı çökə bilər”, - Özener bildirib.
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır
- Şoyqu Cənubi Qafqazdan danışdı
- Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...
- “Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan