Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin “Çukurova Adana BLD. Demirspor” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Olena Xarçenko deyib.
“Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin”, - Xarçenko söyləyib.
- “Soyundurub videoya da çəkiblər”- Bakıda “bariqanı” oğurlayıb 3 gün işgəncə veriblər
- “Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - VİDEO
- PKK-nın özünü ləğvetmə qərarının şifrələri: nələr olacaq?
- Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
- Blogerlərin reklamına aldandılar: pullarını itirdilər - Video
- DTX-dən xüsusi əməliyyat: saxlanılanların sayı çoxdur
- Yaşar Gülər Azərbaycana gəlir
- Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı