Azərbaycanın hərbi həkimləri Türkiyədə zəlzələ bölgəsində 25 cərrahi əməliyyat icra edib, 196 zərərçəkəni müayinə edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Qəhrəmanmaraşda fəaliyyətini davam etdirir.
Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə koordinasiyalı şəkildə hərbi həkimlərimiz növbəti 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər.
Ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 25 cərrahi əməliyyat icra olunub, baş vermiş zəlzələdən zərərçəkən 196 nəfəri isə müayinə edilərək onlara ambulator yardım göstərilib.
Zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi, onların tezliklə sağalaraq normal həyata qayıtması üçün hərbi tibb personalımız qardaş ölkədə yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi