Somnoloq, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova xəbərdarlıq edib ki, smartfonu yanınıza qoyub yatırsınızsa, bu, psixi sağlamlığa olduqca mənfi təsir göstərir.
BUTA.TV xəbər verir ki, bu sözləri o, "Prime" agentliyinə müsahibəsində deyib. Ekspertin sözlərinə görə, telefon yuxu dövrünü pozur, ekranın parlaq parıltısı və yuxu hormonu olan melatonin istehsalının azalması səbəbindən yuxuya getmək çətinləşir. Bundan əlavə, Surnenkova qeyd edib ki, parlaq işıq emosiyaların və yaddaşın formalaşmasına təsir edən yuxunun mühüm mərhələsini boğur.
Somnoloq yatmazdan əvvəl qadcetdən istifadə etməyin təhlükələrini də xatırladıb. O, izah edib ki, əgər insan yatmazdan əvvəl telefonda vaxt keçirirsə, o zaman onun yuxuya getməsi çətinləşəcək, çünki məlumat çoxluğu onda həyəcanlı vəziyyətə səbəb olacaq. Surnenkova axşam saat ondan sonra smartfondan istifadə etməməyi məsləhət görüb. Bundan əlavə, o qeyd edib ki, gecə telefon "narahat etməyin" rejiminə keçirilməli, hətta söndürülməlidir.
Mütəxəssis əlavə edib ki, yuxu izləmə proqramları effektiv deyil. "Onların dəqiqliyi olduqca şübhəlidir və yuxularının keyfiyyəti ilə bağlı həddindən artıq narahatlıq gələcəkdə xroniki yuxusuzluğa səbəb ola bilər", - mütəxəssis xəbərdarlıq edib.
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər