Dünyada plastik məmulatlardan, o cümlədən paketlərdən istifadə, bununla da plastik tullantıların həcmi və nəticədə ətraf mühitə mənfi təsirlər sürətlə artmaqdadır. Beynəlxalq təcrübədə plastik tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, alternativ məhsullardan istifadəni təşviq etmək məqsədilə bəzi plastik vasitələrin dövriyyəsinin mərhələli şəkildə azaldılması üçün bir sıra addımlar atılır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, plastik paketlərin pulsuz verilməsinin qadağan olunması da bura daxildir:
“Türkiyədə 2019-cu ildən bu torbalar ödənişlidir və artıq 2021-ci ildə onlardan istifadə 75% azalıb. Digər ölkələrdə də bu proseslər gedir və azalma faizi bir sıra hallarda 90%-ə çatır.
İnanırıq ki, Azərbaycanda da bu tədbirlərin həyata keçirlməsi paketlərdən istifadəni və plastik tullantıların həcmini kəskin azaldacaq və bu bizə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasında müvafiq hədəflərə nail olmaq imkanı verəcək”.
Qeyd edək ki, 1950-ci ildə dünyada 1,5 milyon ton plastik istehsal olunmuşdusa, bu rəqəm 1990-cı ildə 100 milyon tona, 2015-ci ilə 322 milyon tona çatıb. Bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1960-cı illərdə 1 %-ə qədər olmuşdursa, hazırda bu göstərici 12%-dən çoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehsal olunan və ölkəyə idxal edilən plastik qablaşdırma məhsullarının həcmi durmadan artır.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video