Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

00:38 - 5 Noyabr 2025 - GÜNDƏM

 Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

Robert Köçəryan agent idi. Belə bir fakt da deyim ki, o bunun üçün xüsusi hazırlıq keçmişdi.

BUTA.TV xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, Azərbaycan-Ermənistan nümayəndə heyətinin Ukraynada təşkil olunmuş qeyri-rəsmi görüşündən danışıb:

"Onda Köçəryan birdən yada salmağa başladı ki, o, vaxtilə üzgüçülüklə məşğul olub, tez-tez Qara dənizdə üzürmüş. Ondan soruşublar ki, nə əcəb Qara dəniz? Səbəb də bu imiş ki, orada su altında xüsusi təşkil olunmuş kurslar olub. Diversant kimi müxtəlif hazırlıq növlərinə cəlb olunub. O hətta kitabında da yazıb ki, Qarabağda hadisələr başlayanda artıq komsomolun iclaslarında yox, digər insanlarla görüşürdü. Xankəndidə xüsusi təşkilat komitəsi var idi. Müxtəlif yerlərdən gələn milis, KQB işçilərinin bir qismi guya günorta üsyanı yatırmaq üçün gəlmişdilər, axşamlar isə Koçaryanla, Quqasyanla görüşürlərmiş. Bunu Koçaryan özü yazır. Yəni ehtiyatda olan hazırlıqlı agent olub".

"Ter-Petrosyanın da parlaq keçmişi olmayıb. Onun atası Suriyada kommunist partiyasının təşkilatçılarından biri idi. Yəni biz görməliyik ki, onların siyasi elitası çox güclü şəkildə Rusiyanın təsiri altında idi", - deyə sabiq nazir əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol