Azərbaycanda 8 noyabr - Zəfər günü münasibətilə keçiriləcək hərbi parada Rusiya mətbuatı da diqqət ayırır.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, qonşu ölkənin www1.ru saytı () Bakıda keçiriləcək hərbi paradın məşqləri zamanı yeni nəsil rus silahının – “Tor-M2E” zenit-raket sistemlərinin nümayiş olunduğunu yazıb.
“Tor-M2E” istənilən hava şəraitində çalışan, qısa mənzilli taktiki zenit-raket kompleksidir. Kompleksin hədəfi məhvetmə məsafəsi quruda 15 km-ə, havada isə 10 km-ə qədərdir.
Rusiya saytı yazır ki, Bakı küçələrində həmçinin Çin istehsalı olan “HQ-9B” zenit-raket sistemləri də nümayiş etdirilib:
"Bu komplekslər 250-300 km-ə qədər məsafədə 14 Max sürətlə eyni anda 8–10 hədəfi vura bilir. Bundan başqa, Bakıda Belarus istehsalı olan “Şilka” zenit qurğusunun modernləşdirilmiş variantı və “TATRA” bazasında hazırlanmış döyüş modullu zirehli yük maşını da görüntülənib".
Qeyd edək ki, Azərbaycanın bir neçə "Tor-M2E" batareyası mövcuddur. Rusiya internet resursunda xəbər "Rusiya Azərbaycana yeni Tor-M2E zenit-raket sistemləri satdı" kimi təqdim olunsa da, əslində bu silahlar çoxdan alınıb.
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video
- Azərbaycan bayrağı Nyu York səmasında!