1998-ci ilin noyabrında ATƏT-in həmsədrləri ümumdövlət prinsipləri təklif edirdilər. Orada qeyd edilirdi ki, Azərbaycan və Dağlıq Qarabağ bir ölkəni təşkil edir. "Təşkil etmək" ifadəsi isə istər-istəməz hansısa proses barəsində bir işarədir. Yəni konstitusiya prosesi getməlidir. İlkin mərhələdə məhz bu məsələyə Azərbaycan tərəfi müsbət baxırdı. Çünki burada birmənalı olaraq bir ölkənin tərkib hissəsi olacaqdılar.
BUTA.TV xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, ermənilər bu məsələni fərqli şəkildə göstərirdilər:
"Yəni hansısa proses baş verməli idi və bu prosesdə müəyyən olunmalı idi ki, Dağlıq Qarabağ ya hansısa statusla Azərbaycanın tərkibində olacaq, ya da ümumiyyətlə olmayacaq. Təhlükəni nəzərə alaraq, biz birgə dövlət məsələsini gündəmdən çıxardıq. Mən o vaxtları bu barədə təlimat alandan sonra gecə ilə Polşanın xarici işlər naziri görüşdüm. O dedi ki, əgər siz razı deyilsinizsə, biz bunu sənəddən çıxara bilərik. Beləliklə, məsələ həllini tapdı. Səhəri gün artıq bu məsələ mətndə yox idi və ermənilərin verəcəyi reaksiya üçün artıq gec idi".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video