Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələri üçün yeni perspektivlər yaradır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.
“Çoxları bu proseslərin Aİİ-nin maraqlarına zidd olduğunu iddia edir. Amma fakt budur ki, bu müqavilələrdən əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şey Vaşinqton müqavilələrindən sonra mümkün oldu. Bu, onların verdiyi faydaların bariz nümunəsidir”, - o bildirib.
Baş nazir əlavə edib ki, oxşar imkanlar Özbəkistan üçün də açıla bilər:
“Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələri dərinləşdirməyə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır. Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmaların həyata keçirilməsi bu məsələlərin həllinə kömək edəcək. Bu, Ermənistanla Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi yoludur. Ermənistan artıq Türkiyə ilə Azərbaycan arasında Marqara-Xndzoresk marşrutu üzrə avtomobil nəqliyyatı üçün imkanlar yaratmağa hazır olduğunu bildirib”.
- Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
- Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
- Fayton gələr, toz eylər... - Fotolar
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Şagirdlərin telefonlardan istifadəsi qadağan edildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto
- Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi