Güney Azərbaycanın inkişafına süni əngəl yaratmasaydılar, bizim insanlarımız belə bərbad vəziyyətə düşməzdi. Tarix boyu Azərbaycan ən üstün mövqeyə sahib olub. İqtisadi və siyasi ənənəsi olan bölgənin hazırkı durumu heç də ürəkaçan deyil. Güney Azərbaycanın iqtisadiyyatına qısa nəzər edək və baxaq görək, bu bölgə öz ayağı üzərində, başqalarına söykənmədən dayana bilərmi?
Bu sözləri BUTA.TV-a Güney azərbaycanlı iqtisadçı Mehdi Nəimi deyib.
O bildirib ki, Güney Azərbaycanın iqtisadiyyatını müstəqil idarə etmək üçün hər cür potensialı var:
“Lakin onu doğru istiqamətə yönləndirməyə qoymurlar. Tehran rejiminin çirkin siyasəti hər cür inkişafın qarşısında dayanır. İqtisadiyyatda yeraltı və yerüstü sərvətlər, təbii ehtiyatlar, insanların əmək qabiliyyəti və savadlılığı vacib amillərdəndir. Bu faktlara baxdıqda, Güney Azərbaycanın imkanları yüksək qiymətləndirilməlidir. Çünki öz iqtisadiyyatını heç bir asılılıq olmadan, daxili imkanları hesabına ayaqda tuta bilər. Ətrafında Quzey Azərbaycan, Türkiyə, Xəzər dənizinin olması Güney Azərbaycanı strateji cəhətdən əhəmiyyətli edir. Bu, böyük bir avantajdır”.
Mehdi Nəimi Güney Azərbaycanın sənaye və kənd təsərrüfatı potensialından da danışıb:
“Şərqi Azərbaycan əyalətində 4 mindən artıq sənaye və fabrik mövcuddur. Bu bölgənin polad, neft-kimya, maşın, qida və yüngül sənayesi, məşhur mis və qızıl mədəni, 1 milyon 3 yüz min hektar əkin üçün yararlı ərazisi mövcuddur. 7 milyon baş mal-qarası var. Bəziləri bu məsələyə yanaşdığında yeraltı qaynaqları, mədənləri çox dilə gətirir. Bizim məqsədimiz o mədənləri qazıb, başqalarına satmaq olmamalıdır. Onu dəyərinə əlavə dəyər qataraq dünya bazarına çıxarılmasına nail olmaq daha vacibdir. İnsanlarımızın zəhmətkeşliyi toplum üçün böyük bir ümid qaynağıdır. Millətimiz işgüzar olmasaydı, bu toplumu ayaqda tuta bilməzdi”.
O, Tehran rejiminin büdcə layihələrində də Güney Azərbaycan əyalətlərinə daha az pay ayırdığına diqqət çəkib:
“İran əhalisinin təxminən 5 faizi Şərqi Azərbaycandadır. Lakin iqtisadi qaynaqların yalnız 2.5 faizi bu bölgəyə ayrılır. Başqa əyalətlərdəki banklar öz müştərilərinə 72 faiz imkan yaradanda, Şərqi Azərbaycanda bu göstəricilər 55 faizə düşür. İnflyasiya ölkənin ortalama rəqəmindən 5 faiz artıqdır. İran iqtisadiyyatının 85 faizi dövlət büdcəsi hesabına qurulduğundan millətin gözü mərkəzdə olur. Ona görə də paylanan büdcə önəm daşıyır. Büdcədən əyalətlərə ayrılan rəqəmləri müqayisə etsək görərik ki, Tehrana Şərqi Azərbaycandan 20 qat, İsfahana 3, Kirmana isə 2 qat çox vəsait ayrılıb. Güney Azərbaycan, özəlliklə, Təbriz iqtisadi göstəricilər baxımdan hər zaman Tehrandan irəlidə olub və cədvəl sıralamasında ilk pillədə dayanıb. Lakin indi Şərqi Azərbaycan 11 trilyon 623 milyard tümən büdcə ilə ölkədə 9-cu yerdədir”.
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt