Son 10 ildə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqları 3 dəfə artıb.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sertifikasiyası imtahanından sonra müəllimlərin əmək haqlarına minimum 10 faiz, maksimum 35 faiz əlavələr edilib. Qeyd edib ki, seritfikatlaşdırma imtahanından sonra müəllimlərin yüksək əmək haqqı 1195 manat, orta əmək haqqı 975 manat təşkil edir. Sertifikasiyadan keçməyən müəllimlərin əmək haqqı isə 760 manatdır. Nazirin sözlərinə görə, 2 ildən sonra müəllimlərin əmək haqqı 1000 manatdan yüksək olacaq.
“Ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əmək haqqı məbləğində növbəti 4 il ərzində 15 faiz artım gözlənilir. Müəllimlərin orta aylıq əmək haqqı 2024-cü ildə 840, 2025-də 880, 2026-cı ildə 910 manat olacaq”, - nazir qeyd edib.
- ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto
- Şlyapa Zahidə hökm oxundu
- Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
- Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov
- Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır
- Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto
- Rusiya Şıxlinski ilə bağlı qərar verdi
- Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...