Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər.
BUTA.TV xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”, - K.Əliyev söyləyib.
Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir:
“Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir